ABŞ-dan İrana xəbərdarlıq
ABŞ-ın maliyyə naziri Canet Yellen İranın İsrailə hücumundan sonra ölkəyə qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
Demedia.az xəbər verir ki, Yellen Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Bahar Toplantıları çərçivəsində keçirdiyi mətbuat konfransında gündəmlə bağlı açıqlamalar edib. Çıxışının əvvəlində İranın İsrailə hücumuna toxunan Yellen, "Xəzinədarlıq İranın sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq üçün sanksiyalar səlahiyyətimizdən istifadə etmək üçün müttəfiqlərimizlə işləməkdən çəkinməyəcək" deyə bildirib.
İranın neft ixrac imkanlarını azaltmaq üçün çalışdıqlarını, lakin İranın müəyyən qədər neft ixracına davam etdiyini vurğulayan Yellen, bu mövzuda daha çox işin görülə biləcəyini qeyd edib.
Bahadur Seyidov