Avropa İttifaqı İrana qarşı əlavə sanksiyalar tətbiq edir
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Aİ-nin İsrailə hücumu səbəbindən İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsi üçün işə başlayacağını açıqlayıb.
Demedia.az xəbər verir ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İranın İsrailə endirdiyi hava zərbələri ilə bağlı fövqəladə onlayn iclasda bir araya gəlib. Görüşdən sonra açıqlama verən Borrell, İranın hücumlarına qarşı İsrailin yanında olduqlarını ifadə edib.
Borrell bildirib ki, bəzi üzv ölkələr Tehrana qarşı sanksiyaların genişləndirilməsini istəyirlər və İttifaqın diplomatik xidməti bu təklif üzərində işə başlayacaq.
Bahadur Seyidov