İtaliya Fələstinə sülh qüvvələri göndərə bilər
"Biz İsrailin dostuyuq, lakin Fələstin dövləti qurulacaqsa, digər ölkələrin qüvvələri ilə birgə qoşun göndərilməsi də daxil olmaqla, sülh üçün çalışmaq istəyirik”.
Demedia.az xəbər verir ki, İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani belə açıqlama verib. Tajani İtaliyanın ANSA agentliyinin təşkil etdiyi forumdakı çıxışında İtaliya hökumətinin sülhə qətiyyətlə bağlı olduğunu ifadə edib.
Fələstin rəhbərliyi ilə güclü dialoqa sahib olduqlarını bildirən Tajani Fələstinin baş naziri Məhəmməd Mustafanı Romaya dəvət etdiyini də xatırladıb.
Bahadur Seyidov