Daha bir ölkə TikTok-u bağlayır
Qırğızıstanda “TikTok” blokalana bilər.
Demedia.az xəbər verir ki, bu barədə Sputnik Qırğızıstan məlumat yayıb.
Bildirilib ki, bir sıra informasiya agentliklərinin məlumatına görə, Rəqəmsal İnkişaf Nazirliyi yanında Rabitə Sənayesində Tənzimləmə və Nəzarət Xidməti ölkənin bütün internet provayderlərinə müvafiq məktub göndərib.
Bu məktubda TikTok-un Qırğızıstan seqmentində məzmunun senzurasına sistemli və prinsipial yanaşmanın olmadığı bildirilir.
Bahadur Seyidov