İsrail həbsxanalarında olan fələstinlilərin sayı 9500-ü ötür
İsrailin Megiddo, Ofer və Damon həbsxanalarındakı fələstinlilərin sayının 9500-ü keçdiyi açıqlanıb.
Demedia.az xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azadlığa Çıxan Nümayəndə heyəti 17 Aprel Fələstin Torpaqları Günündən əvvəl məsələ ilə bağlı birgə bəyanat verib. İsrailin Megiddo, Ofer və Damon həbsxanalarındakı fələstinlilərin sayı 80-i qadın və 200-dən çoxu uşaq olmaqla 9500-ü keçib. Bu rəqəmlərə Qəzza zolağında saxlanılan fələstinlilər daxil deyil. Bildirilib ki, aprel ayına olan məlumata görə, 22 qadın və 40-dan çox uşaq olmaqla, inzibati həbs edilənlərin sayı 3660 nəfəri keçib.
Bahadur Seyidov