ABŞ Rusiya ilə əlaqədar bu sənədi imzaladı



 17:15 17.04.2024     314

ABŞ prezidenti Co Bayden Rusiya ilə əlaqəli dəniz gəmilərinin Amerika limanlarına daxil olmasını qadağan edən sənədi imzalayıb.

Demedia.az xəbər verir ki, sənədin mətnində deyilir ki, qadağanın müddəti Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən uzadılır.

Rusiya ilə əlaqəli gəmilərin Amerika limanlarına girişinə qadağa 21 aprel 2022-ci ildə tətbiq edilib. İstisnalara alternativ təchizatçılardan alına bilməyən xammal, xüsusi nüvə və ya nüvə əlavə məhsulları daşıyan gəmilər daxildir.

Bahadur Seyidov