ŞOK HADİSƏ: Gəlin toy günü öldü...
Yeni gəlin nişanlısı ilə nikah bağladıqdan cəmi bir neçə saat sonra hovuza düşərək dünyasını dəyişib.
Demedia.az xəbər verir ki, faciə Braziliyanın şərqində, San-Pauluda kirayə qalan bağ evində baş verib. Toydan sonrakı məclisdə toydan əlavə Qazanonun qızlarından birinin ad günü də qeyd olunub.
Məlumata görə, üzgüçü olmayan Elisangela Qazano suyun kənarında rəqs edərkən müvazinətini itirib. Qonaqlar 38 yaşlı qadını xilas etməyə çalışıblar və təcili yardım çağırıblar. Lakin gənc qadın xəstəxanaya yerləşdirilərkən infarkt keçirib. Beş uşaq anası olan qadının xəstəxanaya çatdırıldığı zaman öldüyü məlum olub.
Yerli xəbərlərdə Qazanonun suyun kənarında rəqs edərkən büdrəyərək yıxıldığı bildirilir. Gənc qadın bir neçə saat əvvəl sosial şəbəkədə nişanlısı ilə evləndikdən sonra ağ gəlinliyinə imza atdığı anları əks etdirən foto paylaşıb.
Aysun / Demedia.az