15 yaşlı uşaq ehtiyatsızlığın qurbanı oldu - VİDEO



 23:48 17.04.2024     764

Türkiyədə qorxunc hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Başakşehirdə bir qrup uşaq getdikləri parkda od yandıraraq alışqanı alovun içinə atıblar.

Alışqan 15 yaşlı uşağın üzündə qəfildən partlayıb və xəsarət alan uşaq xəstəxanaya aparılıb.

Hadisə Kayaşehir 15-ci məhəlləsindəki parkda baş verib. İddialara görə, bir qrup uşaq parka gedərək parkdakı besedkada od yandırıblar. Uşaqlardan biri alışqanı alovun içinə atıb. Qəfildən alışqan partlayaraq, həmin vaxt yanğının yanında olan 15 yaşlı E.Y.-nin üzünə dəyib. Ailə vəziyyəti öyrənərək uşaqları xəstəxanaya apararkən, həmin anlar mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb.

Aysun / Demedia.az