Myanmadan qaçan 46 sərhəd polisi Banqladeşə sığınıb.



 09:54 18.04.2024     273

Myanmada hərbi hökumətlə anti-xunta silahlı qruplaşması arasında baş verən toqquşmalardan qaçan 46 sərhəd polisi Banqladeşə sığınıb.

Demedia.az xəbər ki, “Dhaka Tribune” qəzetində dərc olunan xəbərə görə, qarşıdurma səbəbilə Banqladeş tərəfinə keçən Myanma sərhəd polisinin sayı 260 nəfər olub. Qeyd edək ki, bundan əvvəl Banqladeş hakimiyyəti ölkəyə sığınan 300-ə yaxın polis, əsgər, gömrük işçisi və onların ailə üzvlərini Myanmaya geri qaytarıb. “Üç Qardaş Alyansı” adı altında bir araya gələn Myanma Milli Demokratik İttifaq Ordusu, Buddist Arakan Ordusu və Taang Milli Qurtuluş Ordusunun silahlı qrupları şimaldakı Şan əyalətindən Myanma ordusuna qarşı hücuma keçib. Silahlı qruplar Hindistanla sərhəddə yerləşən Çin əyalətinin Rathedaunq şəhərində Myanma ordusuna aid polis məntəqəsi və hərbi düşərgəni ələ keçirib.

Bahadur Seyidov