Qətər Yaxın Şərqdəki gərginliklə bağlı çağırış etdi



 10:19 18.04.2024     292

Qətərin baş naziri Əl Tani rumıniyalı həmkarı Marsel Çiolaku ilə Qətərin paytaxtı Dohada birgə mətbuat konfransı keçirib.

Demedia.az xəbər verir ki, Məhəmməd bin Əbdürrəhman Əl Tani Yaxın Şərqdəki gərginliklə bağlı çağırış edib. O bildirib ki, Yaxın Şərq regionu həssas şərtlərdən keçir. O, bütün tərəfləri gərginliyi azaltmağa və bölgədə yeni münaqişə qarşısını almağa çağırıb. HƏMAS və İsrail arasında atəşkəs və məhbus mübadiləsi danışıqlarına toxunan Əl Tani, təfərrüatları açıqlamadan, bəzi problemlərin olduğunu qeyd edib.

Qətərin baş naziri bəyan edib ki, ölkəsi Qəzza zolağında fələstinlilərin problemlərini həll etməyə çalışır.

Bahadur Seyidov