Afinada aksiya təşkil edildi



 09:07 18.04.2024     266

Yunanıstanın Həmkarlar İttifaqları Konfederasiyasının çağırışı ilə işçilər iqtisadi şəraitin yaxşılaşdırılması tələbi ilə 24 saatlıq tətilə başlayıblar.

Demedia.az xəbər verir ki, Yunanıstanın Həmkarlar İttifaqları Konfederasiyası açıqlamasında artan yaşayış xərclərinə diqqət çəkərək, işçilərin maaşlarının artırılmasını və iqtisadi böhran zamanı ləğv edilən kollektiv müqavilələrin yenilənməsini tələb edib.  Tətil çərçivəsində işçilər paytaxt Afinada aksiya təşkil ediblər.

Nümayişdə əmək haqqının artırılması, kollektiv müqavilə imzalanması kimi tələblərini dilə gətirən işçilər Parlament binasına doğru yürüş ediblər.

Bahadur Seyidov