Rusiya estoniyalı diplomatı deportasiya edir



 09:05 17.04.2024     255

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamada Rusiyanın Tallindəki səfirliyində çalışan diplomatın heç bir əsas olmadan “persona non-qrata” elan edildiyi xatırladılıb və bu vəziyyətə etiraz edildiyi vurğulanıb. Bəyanatda "Qarşılıqlılıq prinsipinə əsaslanaraq, Vanamolderə Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşının Rusiyadan deportasiya ediləcəyi bildirilib.

Estoniya tərəfinə onun düşmənçilik fəaliyyətinə hər zaman müvafiq cavab veriləcəyi bildirilib" deyə qeyd edilib.

Bahadur Seyidov