Türkiyədə fabrik yandı



 11:29 18.04.2024     193

Türkiyənin İzmir bölgəsində rezin və plastik fabrikində yanğın baş verib.

Demedia.az xəbər verir ki, fabriklərdən təxliyə olunan işçilər vəziyyətlə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.

Xəbər verildikdən sonra əraziyə sağlamlıq, polis və çoxlu yanğınsöndürənlər göndərilib. 3 saatlıq işdən sonra yanğın nəzarət altına alınıb və soyutma işləri davam edir.

Aysun / Demedia.az