Seldə qalan pişik maşının qapısından yapışaraq kömək gözlədi...



 23:09 18.04.2024     770

Birləşmiş Ərəb Əmirliklərində baş verən sel zamanı avtomobilin qapısının dəstəyindən yapışaraq sağ qalmağa çalışan pişik təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib.

Demedia.az xəbər verir ki, Körfəz ölkəsi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yağan rekord yağış həyatı iflic edib.

Müxtəlif bölgələrdə, xüsusilə Dubayda güclü yağış səbəbindən yolları su basıb. Sel suyunda qalan pişik avtomobilin qapısının dəstəyindən yapışaraq kömək gözlədi. Dubay polisi sağ qalmağa çalışan pişiyin köməyinə gəlib. Kanoe ilə yaxınlaşan polis məmuru pişiyi xilas edib. Digər tərəfdən, BƏƏ-də son 75 ilin ən yüksək yağışı müşahidə edilərkən, bir nəfərin avtomobilinin sel suları altında qalması nəticəsində həyatını itirdiyi açıqlanıb.

Aysun / Demedia.az