2 həftə əvvəl aldığı məşqlə tələbənin həyatını xilas etdi - VİDEO
Türkiyədə inanılmaz hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, Ispartadakı Hafiz Demiralay İbtidai məktəbinin müəllimi Özlem Kara, 2 həftə əvvəl İlk Yardım Təhsil Mərkəzində aldığı təcili müdaxilə təlimindən sonra nəfəs borusunda şəkər olan şagirdi 'Heimlich' manevri ilə xilas edib.
Həmin anlar təhlükəsizlik kameralarına əks olunub. Hadisə aprelin 16-da Hafiz Dəmirəlay İbtidai məktəbində baş verib. 2 həftə əvvəl Səhiyyə Nazirliyi və Milli Təhsil Nazirliyinin birgə təşkil etdiyi müəllimlər üçün ilk yardım kursuna qatılan sinif müəllimi Özlem Kara bir şagirdin məktəbin dəhlizində vəzifə yerinə yetirərkən qəfildən xəstələndiyini görüb. Tələbənin nəfəs borusuna cismin girdiyini görən Kara Heimlich manevri ilə tələbəni özünə gətirib.
Aysun / Demedia.az