ABŞ Ukraynaya ATACMS taktiki raketlər verəcək
ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim edilən Ukraynaya maliyyə yardımı haqqında qanun layihəsi Kiyevə ATACMS taktiki raketlərinin verilməsini nəzərdə tutur.
Demedia.az xəbər verir ki, Vaşinqtonun Kiyevə yardımı haqqında yeni qanun layihəsində Ukraynaya 61 milyard dollar məbləğində maliyyə yardımı ayrılması nəzərdə tutulur.
Üstəlik, qanun layihəsinə görə, bu məbləğin təxminən 23 milyard dolları Amerika arsenallarının artırılmasına yönəldilməlidir.
Sənəddə eyd edilir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında Kiyevə yardım haqqında qanun layihəsi Baydenə Vaşinqtonun ayırdığı iqtisadi yardımın ödənilməsi ilə bağlı Ukrayna ilə danışıqlar aparmağı tapşırır.
Ukraynaya yardım haqqında yeni ayrıca qanun layihəsi Dövlət Departamenti və Pentaqonu sənədin qəbulundan sonra 45 gün ərzində ABŞ tərəfindən Kiyevə dəstək strategiyasını təqdim etməyə məcbur edir.
Bahadur Seyidov