Almaniyada rüşvətlə yaşamağa icazə verən şəxslər saxlanılıb
Almaniyada rüşvətlə "ölkədə yaşamaq icazəsi verən" qaçaqmalçı dəstə yaxalanıb.
Demedia.az xəbər verir ki, Almaniyanın 8 ştatında ikisi hüquq firması olmaqla 101 yaşayış və iş yerində həyata keçirilən əməliyyatlar zamanı rüşvətlə “ölkədə yaşamaq icazəsi almış” qaçaqmalçılıq şəbəkəsinin üstü açılıb.
İki hüquqşünasın da olduğu dəstə üzvləri Almaniyada təxminən 350 varlı çinliyə 30 min avro ilə 368 min avro arasında dəyişən ödənişlər müqabilində daimi yaşayış icazəsi satmaqda şübhəli bilinir.
Bildirilib ki, əksəriyyəti çinli olan müştərilər arasında Omanlı və Cənubi Afrikalılar da var.
Bahadur Seyidov