Türkiyə bu bölgələrə səyahətdən çəkinməyə  çağırdı



 19:15 18.04.2024     271

Türkiyə Xarici İşlər Nazirliyi vətəndaşlarına müraciət edib.

Demedia.az xəbər verir ki,  müraciətdə Livanın 4 bölgəsinə səfər etməmək tövsiyə edilib.

Belə ki, bu  bölgələr  Nəbatiyyə,  Cənubi Livan,  Bekaa,  Baalbek-Hermeldir.

Nazirlik mövzu ilə bağlı açıqlamasında bölgədə İsrail-Fələstin müharibəsi çərçivəsində  ehtiyatlı olmaları  barədə müraciət edib.

Bahadur Seyidov