İsrail İrana cavab zərbəsini aprelin 15-də planlaşdırıbmış
İsrail aprelin 15-i axşam saatlarında İrana cavab zərbəsi endirməyi planlaşdırıb, lakin hücumu təxirə salmaq qərarına gəlib.
Demedia.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Vaşinqton administrasiyasının nümayəndələrinin sözlərinə görə, İsrail qərarını ABŞ-a çatdırıb.
Lakin mənbələr Təl-Əvivin qərarını dəyişməsinin səbəbini açıqlamayıblar.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu müttəfiqlərinə göstərdikləri dəstəyə və xüsusilə də dəyərli təklif və məsləhətlərinə görə təşəkkür edib, lakin Tel-Əvivin müdafiə qərarlarını özü verəcəyini bildirib.
Bahadur Seyidov