“Google” 28 əməkdaşını işdən çıxarıb



 09:05 19.04.2024     263

“Google”, İsraillə imzalanan 1,2 milyard dollarlıq “Nimbus” layihəsi müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb.

Demedia.az xəbər verir ki, “The Washington Post” qəzetinin yazdığına görə, “Googl”e razılaşmaya oturaq aksiya ilə etiraz edən əməkdaşlarını işdən çıxarıb.

“Google” sözçüsü qəzetə verdiyi açıqlamada işdən çıxarılma bildirişinin işçilərə elektron poçt vasitəsilə göndərildiyini qeyd edib.

Açıqlamada, "Apartheid üçün No Tech" adlı qrupun üzvü olan 28 “Google” əməkdaşının şirkət tərəfindən aparılan araşdırma nəticəsində digər işçilərin girişinə fiziki maneə törətdikləri səbəbi ilə işdən çıxarıldığı bildirilib.

Bahadur Seyidov