Danimarka hökuməti Bağdad səfirliyini bağlamaq qərarına gəlib



 09:43 19.04.2024     277

Danimarka hökuməti 2020-ci ildə açdığı Bağdad səfirliyini bağlamaq qərarına gəlib.

Demedia.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi öz internet səhifəsində açıqlama verib. Açıqlamada, NATO-nun İraqdakı Təlim və Məsləhət Missiyasına töhfə vermək üçün 2020-ci ildə Danimarkanın Bağdadda açdığı səfirliyin mandatının sona çatdığı qeyd edilib. Lakin Kopenhagen az sayda personalla NATO-nun İraqdakı Təlim və Məsləhət Missiyasına töhfə verməyə davam edəcək.

Bəyanatda Danimarka ordusunun əksər personalının İraqdan çıxarılması ilə Bağdad səfirliyinin xidmət sahəsinin daraldığı qeyd edilib.Bu səbəbdən Danimarka hökuməti səfirliyini bağlamağa qərar verib.

Bahadur Seyidov