İrandan İsrailə xəbərdarlıq



 10:19 19.04.2024     282

İsrail İranı nüvə obyektlərinə hücumla hədələsə, İran “nüvə doktrinasını” dəyişə bilər.

Demedia.az xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun Nüvə Mərkəzlərinin Mühafizə Bölmələrinin komandiri, briqada generalı Əhməd Həktalib belə açıqlama verib. “Tesnim” xəbər agentliyinin məlumatına görə, Haktaleb İsrailin İrana qarşı mümkün hücum ssenarilərini dəyərləndirib.

"Əgər İsrail nüvə mərkəzlərimizə hücum təhlükəsindən İrana təzyiq vasitəsi kimi istifadə edərsə, İran nüvə doktrina siyasətinə yenidən baxa və əvvəllər bəyan etdiyi mülahizələrini dəyişə bilər", - Haktaleb bildirib.

Bahadur Seyidov