Fransadan İsrailə çağırış



 10:38 19.04.2024     293

Fransanın Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemoine, İsrailin beynəlxalq humanitar qanunlara əməl etməli olduğunu bildirib.

Demedia.az xəbər verir ki, o Fransanın İsraildən Qəzza zolağına humanitar yardımın çatması üçün bütün maneələri aradan qaldırmasını istədiyini açıqlayıb.

Lemoine Xarici İşlər Nazirliyinin həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Təl-Əviv hökuməti sözügedən yardımın bölgədə paylanmasını təmin etməlidir. Lemoine İsraildən bölgədəki mülki vətəndaşların və humanitar işçilərin təhlükəsizliyini təmin etməsini istəyib.

Bahadur Seyidov