Bu videoya baxmadan market qatığı almayın! - Video



 09:57 19.04.2024     429

 

Küçələrdə satılan qatıq, ev qatığı, yoxsa market?

 

Qatıq dünya mətbəxinə türklərin hədiyyə etdiyi qidadır. Onu “super qida” edən xüsusiyyətləri vitamin, mineral və proteinlə zəngin olması, probiotik və prebiotik gücüdür. Xüsusilə, probiotik və prebiotiklərin bir yerdə qatıqda mövcud olması ən mühüm faydasıdır. Əgər qatıqdan probiotik gücünü çıxarsanız, o qida super qida olmayacaq, sadəcə, faydalı qidalar siyahısında qalacaq. Bəli, qatığı əvəzedilməz edən probiotik qidalarla zənginliyidir. Öncə, ənənəvi ev qatığından danışaq. İmkanınız varsa, təzə süd alın, özünüz qatıq çalın. Əgər evdə qatıq çalmırsınızsa, marketdən alın. İş ondadır ki, marketdə satılan qatıqların əksəriyyətində istehsal texnologiyasının nəticəsi olaraq lazımi qədər probiotik bakteriya yoxdur. Məhz buna görə, evdə özünüz qatıq çalsanız, daha yaxşıdır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az