Baş ağrılarının gizli səbəbləri - Miqren olduğunu necə anlayaq? - Video
Miqren, daha çox birtərəfli və şiddətli başağrıları olub, ürəkbulanma-qusma, səsə və işığa həssaslıq əlamətləri ilə müşayiət olunan ciddi bir xəstəlik hesab edilir. Miqren ağrısının dözülməzdir, həyat keyfiyyətini aşağı salır və ağrılar saatlar hətta günlərlə davam edə bilir . Hər 4 qadından biri miqrendən əziyyət çəkir .
Miqren ağrılarını artıran səbəblər: Bəzi xəstələr miqren ağrısını artıran faktorları çox dəqiq saysalar da, bu hal bütün miqren xəstələrinə aid edilməyə bilər. Ümumi olaraq miqren ağrısını provokasiya edən səbəblər aşağıdakılardır: – Parlaq və parlayan işıqlar, yüksək səs və səs-küy, dumanlı mühit; – Temperatur dəyişikliyi; – Kəskin və güclü qoxular və parfumlər; – Fiziki və emosional stress, gərginlik, narahatlıq, depressiya və ya aşırı həyəcan; – Uzun sürən uçuş səbəbindən həddindən artıq yorğunluq, məşq və aşırı yorğunluq; – Allergiya və allergik reaksiyalar; – Yuxu rejimi və nizamsız yuxu dəyişiklikləri; – Siqaret çəkmə və ya siqaret çəkmə mühitinə məruz qalmaq; – Qida rejimində dəyişikliklər, yemək yeməmək və qan şəkərinin düşməsi; – Dehidrasiya (həddindən artıq susuzluq); – Alkohol istifadəsi; – Menstrual tsiklin disfunksiyası, kontraseptiv dərmanların istifadəsi ya da menapauzaya bağlı hormonal dəyişikliklər; – Gərginlik baş ağrısının olması; – Tiramin tərkibli yeməklər (pendir, qırmızı şərab, hisə verilmiş balıq, əncir, paxla, toyuq ciyəri); – Şokolad, fındıq / fındıq yağı, avokado, banan, soğan, sitrus meyvələri və sitrus bitkiləri, süd məhsulları;
Demedia.az "Bir Bax" "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az