İsrail təkcə İranı vurmayıb...



 13:00 19.04.2024     258

Dəməşqdəki konsulluq binasına edilən hücuma cavab olaraq İran 300-ə yaxın raket və PUA ilə İsrailə qarşı “Əsl vəd” əməliyyatı təşkil edib, İsrail İrana cavab olaraq bir çox nüvə stansiyasının yerləşdiyi İsfahanı hədəfə alıb.

Demedia.az xəbər verir ki, 3 pilotsuz təyyarə kiçik miqyaslı hücumda ordunun istədiyi nəticəni ala bilməyib.

Bildirilir ki, İsrail, eləcə də İran Suriyanın cənubundakı Suveyda hava limanını gecə yarısı vurub. İsrail təyyarələri Əl-Tələh hava limanını, eləcə də cənubdakı İzra şəhərində Suriya ordusuna aid radarın erkən xəbərdarlığını hədəfə alıblar. Yerli mənbələr İsrailin İraqda İran silahlı birləşmələrini bombaladığını, Bağdadda yıxılan binada iranpərəst silahlı birləşmələrin və İnqilab Keşikçiləri Korpusunun üzvlərinin toplantı keçirdiklərini bildirib. İraqın şimalındakı Ərbil və Mosul kimi şəhərlərdə də gecə yarısı döyüş təyyarələrinin səsləri gəlir.

Aysun / Demedia.az