Azərbaycanlı Rusiyada federal axtarışa verilib



 12:58 19.04.2024     245

Rusiyanın paytaxtı Moskva şəhərində  Azərbaycan vətəndaşı Şahin Abbasov  qətlə  şübhəli  bilinir.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-I məlumat yayıb.

Belə ki, azərbaycanlı şəxs maşın parklanması ilə  bağlı olan irad səsləndirən rusu bıçaqlayıb.

Xəsarət alan şəxs xəstəxanada vəfat edib.

Rusiya hüquq-mühafizə orqanlarının verdiyi  məlumata görə, şübhəli federal axtarışa verilib.

Bahadur Seyidov