General: “Rusiya illər sonra NATO-ya birbaşa hücuma hazır olacaq”
Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi, general-leytenant Karsten Breuer bildirib ki, Rusiya 5-8 ildən sonra NATO-ya birbaşa hücuma hazır olacaq.
Demedia.az xəbər verir ki, generalın fikrincə, Ukraynada davam edən hərbi münaqişəni nəzərə alsaq belə, Rusiya NATO ilə birbaşa silahlı münaqişə vəziyyətində öz arsenalını doldura bilir.
“Biz görürük ki, Rusiya çoxlu hərbi texnika və silah istehsal edir və onların hamısı Ukraynada cəbhəyə göndərilmir, ona görə də biz 2029-cu ildə hazır olmalıyıq”, - Breuer vurğulayıb.
Bahadur Seyidov