Bu ölkənin baş qərargah rəisi hərbçilərlə  birgə həlak oldu



 14:42 19.04.2024     290

Keniyada baş qərargah rəisi Francis Ogolla və 10 hərbçinin helikopterin qəzaya uğraması nəticəsində həyatını itirib.

Demedia.az xəbər verir ki, Keniya Prezidentliyindən verilən açıqlamaya görə, qəzada Baş Qərargah rəisi Oqolla və 10 hərbçi həlak olub, 2 əsgər isə yaralı olaraq sağ qalıb.

Prezident Uilyam Ruto mətbuat konfransında helikopterin havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradığını bildirib və itkilərə görə çox kədərləndiklərini vurğulayıb.

Qəzanın yerli vaxtla saat 14.20-də baş verdiyini bildirən Ruto, Keniya Hərbi Hava Qüvvələrinin qəzanın səbəbini müəyyən etmək üçün hadisə yerinə hava araşdırma qrupu göndərdiyini bildirib.

Prezident Ruto qəza ilə əlaqədar ölkə daxilində 3 günlük milli matəm elan edildiyini açıqlayıb.

Bahadur Seyidov