Türkiyədə Quran kursu şagirdlərinin döyüldüyü görüntülər ortaya çıxıb
Türkiyənin Diyadin rayonunda Quran kursu şagirdlərinin döyüldüyü görüntülər ortaya çıxıb.
Demedia.az xəbər verir ki, şagirdlərə dərs deyən şəxs imam vəzifəsindən azad edilib. Sosial mediada böyük reaksiyalara səbəb olan görüntülərdən sonra imamın nəzarətə götürüldüyü açıqlanıb.
Diyadində Quran kursunda imamın uşaqları döyməsinin görüntülərinin bəzi sosial media hesablarında yayılmasından sonra Diyadin Qubernatorluğu araşdırmalara başlayıb.
Bahadur Seyidov