Ərdoğan artıq “Fənərbaxça” azarkeşi deyil?
Ötən gün keçirilən AK Partiya MKYK Yığıncağında 31 Mart nəticələri və sonrasında partiya daxilində alınacaq tədbirlər, CHP, YRP və DEM Partiyasının namizədlərinin seçkiləri necə qazandığına dair təhlillər müzakirə edilib.
Demedia.az xəbər verir ki, yeni Şafak qəzetinin xəbərinə görə, MKYK, CHP, YRP və DEM Partiyasının namizədlərinin seçkiləri necə qazandığına dair rayon analizi təklif edib. Təklif Ərdoğan tərəfindən də qəbul edilib.
İdmanla bağlı son hadisələrin də müzakirə edildiyi yığıncaqda Fənərbaxça tərəfdarı olduğu bilinən prezident Ərdoğanın MKYK-da "Artıq Fənərbaxça azarkeşi deyiləm. Milli Komandanı dəstəkləyirəm" dediyi iddia edilib.
Aysun / Demedia.az