"Fənərbaxça"nı yaxşı analiz etdik və... - Yunan komandasının qapıçısı



 15:35 19.04.2024     189

UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsində "Fənərbaxça"nı məğlub edib turu keçən Yunanıstan komandası "Olympiakos"dan maraqlı açıqlama gəlib.

Demedia.az xəbər verir ki, qarşılaşmada iz buraxan qapıçı Tzolakis isə açıqlamasında belə deyib:

"Məşqçilərlə birlikdə təhlil apardıq. Müəyyən bir nöqtədən sonra hisslər də oyuna girir və bunu ədalətlə yerinə yetirmək lazımdır. Atam penaltilərdən əvvəl mənə gözmuncuğu - əlcək hədiyyə etdi. Bu gecə məni İstanbulda tək qoymadı. Ona təşəkkür edirəm. Biz İlk olaraq liqaya baxırıq, amma Konfrans Liqası kubokunu xəyal edirik".

Aysun / Demedia.az