Türkiyədə növbəti zəlzələ təhlükəsi...
Türkiyədə 2 gündür zəlzələlərlə sarsılan Tokat gündəmdə olsa da, İzmirdə də zəlzələ qeydə alınıb. AFAD, Seferihisar sahillərində 4,5 bal gücündə zəlzələnin meydana gəldiyini açıqlayıb.
Demedia.az xəbər verir ki, Tokat Sulusarayda dünən saat 18.11-də baş verən 5,6 bal gücündə zəlzələ böyük çaxnaşma yaratsa da, Türkiyədə zəlzələ reallığı yenidən gündəmə gəlib.
Rayonda gecə ərzində daha 5 zəlzələ qeydə alınarkən, çaxnaşma içində olan vətəndaşların çoxu gecəni avtomobillərdə və küçələrdə keçiriblər.
Aysun / Demedia.az