Günəş sisteminin mavi planeti... - Maraqlı faktlar
Günəş sisteminin mavi planeti olan Uranda əvvəllər düşünüldüyündən qat-qat çox qaz var.
Demedia.az xəbər verir ki, əvvəlki araşdırmalarda Uranın helium və hidrogendən və çox az miqdarda metandan ibarət olduğu düşünülürdü. Ancaq yeni bir araşdırma əvvəlki gözləntiləri üstələyir.
Planetdəki metanın Uranın nüvəsində olduğu və bir növ “slush” (ərimiş buzlu içkilərdə olduğu kimi) şəklində olduğu düşünülür. Kaliforniya Universitetinin tədqiqatçılarının tapıntılarına görə, planetin 10%-ə qədəri bu tip metandan ibarətdir.
Yalnız 1980-ci illərdə Voyager 2 kosmik gəmisinin yanından keçən Uran Yerdən 2,87 milyard km məsafədə olması səbəbindən hələ də sirrini qoruyan bir planetdir. Buna görə də, planet haqqında daha çox məlumat əldə etmək üçün tədqiqatçılar Uranın daxili quruluşunun yüz minlərlə müxtəlif modellərini yaratdılar və hansı modelin "buz nəhəngi"nin kütləsinə və diametrinə ən yaxın olduğunu müəyyən etməyə çalışdılar.
Hər bir modeldə müxtəlif səviyyələrdə metan, helium və hidrogen var idi. Lakin məlum olur ki, Uranın real vəziyyətinə ən yaxın olan modellər daha çox qaz ehtiva edən modellərdir. Tədqiqatçılar indi Uranın nüvəsində çoxlu qaz olmasına baxmayaraq niyə əsasən buzdan ibarət olduğunu anlamağa çalışırlar.
Tapıntılar uzaq planet və yaxınlıqdakı digər nəhəng Neptun haqqında sirlərə işıq sala bilər, həmçinin bu planetlərin necə və hansı elementlərdən ibarət olduğunu ortaya çıxara bilər.
Aysun / Demedia.az