Hərəkətdə olan avtomobilin təkəri çıxdı və... - VİDEO



 22:36 19.04.2024     719

Antalyanın Serik rayonunda hərəkətdə olan avtomobilin təkəri yerindən çıxıb.

Demedia.az xəbər verir ki, sürücünün nəqliyyat vasitəsini yoldan çıxarmamaq üçün apardığı mübarizə anbaan avtomobilin salonu tərəfindən qeydə alınıb.

Hadisə Kadriye səmtindəki Kundu turizm yolunda baş verib. Adı və dövlət nömrə nişanı məlum olmayan sürücü avtomobilini idarə edərkən qəfildən avtomobilin təkəri yerindən çıxıb. Avtomobilin sürücüsü etdiyi manevrlə dəmir baryerlərə dəymədən nəqliyyat vasitəsini dayandıra bilib. Hadisədən sonra yük maşını ilə hərəkətdə olan sürücü Zafer Gök qəza törədən sürücüyə kömək etmək üçün maşını saxlayıb. O, itən təkəri avtomobilin sürücüsünə təhvil verib. Hadisə anı avtomobilin kamerası tərəfindən saniyə saniyə qeyd edilərkən, qəzaya səbəb olan sürücü kömək edən sürücüyə təşəkkür edib.

Aysun / Demedia.az