İsrail ağrılı zərbələr endirəcək



 09:43 22.04.2024     250

İsrail HƏMAS-a təzyiqləri artıracaq və tezliklə ona ağrılı zərbələr endirəcək.

Demedia.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

O  qeyd edib ki, İsrail, girovları azad etmək üçün qrupa təzyiqi artırmaq üçün Fələstinin İslamçı HƏMAS hərəkatına "daha ağrılı zərbələr vuracaq".

“Qarşıdan gələn Pasxa bayramlarında girovların olmaması onları geri qaytarmaq əzmimizi gücləndirir. Təəssüf ki, indiyədək girovlarımızın azad edilməsi ilə bağlı bütün təkliflər Həmas tərəfindən tamamilə rədd edilib”, - deyə Netanyahu bildirib.

Bahadur Seyidov