İsrail ABŞ-dən bunu  xahiş edib



 10:14 22.04.2024     282

Bir bir neçə gün ərzində ABŞ dövlət katibi Antoni Blinken İordan çayının qərb sahilində insan haqlarının pozulmasına görə İsrail Müdafiə Qüvvələrinin (IDF) Netzach Yehuda batalyonuna qarşı sanksiyalar elan edəcək.

Demedia.az  xəbər verir ki,  bu  barədə “AXios” məlumat yayıb. Nəşr mənbələrinə istinadən qeyd edir ki, Birləşmiş Ştatlar ilk dəfə olaraq İDF bölməsinə qarşı sanksiyalar tətbiq edəcək.

İsrailin müdafiə naziri Benni Qantz ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında İordan çayının qərb sahilindəki hərəkətlərinə görə İsrail Müdafiə Qüvvələrinin (IDF) bölmələrindən birinə sanksiya tətbiq etməməyi xahiş edib.

Bahadur Seyidov