Avropa ABŞ-nin bu  qərarına etiraz edir



 10:43 22.04.2024     263

ABŞ-nin Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi barədə qanunu təsdiqlənməsini Avropa rəsmiləri beynəlxalq hüququn potensial pozuntusu hesab edir.

Demedia.az xəbər verir ki,  bu  barədə “The Washington Post” yazır.

Nəşr qeyd edir ki, Avropa rəsmiləri belə bir qərarı beynəlxalq hüququn potensial pozuntusu hesab edərək, Rusiyanın aktivlərini müsadirə etməkdən imtina edirlər.

Qəzet yazır ki, Avropadakı rəsmilər ABŞ-ın riskli hesab etdikləri hərəkətlərdə israr etməsindən qəzəblənirlər, çünki Rusiya aktivlərinin əksəriyyəti Avropadadır və Rusiyanın cavab tədbirləri ilk növbədə ona təsir edəcək.

Bahadur Seyidov