İraqda küçələrə Türkiyə bayrağı asılıb



 10:00 22.04.2024     166

İraqın paytaxtı Bağdad və Ərbildə prezident Rəcəb Tayyib Ərdoğanın səfəri ilə əlaqədar küçələrə Türkiyə bayraqları asılıb.

Demedia.az xəbər verir ki, Ərdoğanın səfərinə hazırlaşan paytaxt Bağdadda mərkəzdə Şeyx Əbdülkadir Geylani türbəsinin yerləşdiyi küçəyə türk və ərəb dillərində “Ziyarətiniz bizi qürurlandırdı” yazılı plakatlar asıb.

Bannerlərdə İraq və Türkiyə bayraqları da yan-yana əks olunub. Ərbildə küçə və prospektlərdə türk bayraqları asıldığı halda, Ərbil qalasında Türkiyə bayrağının təsviri proyeksiya edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bağdad və Ərbilə rəsmi səfər edəcək.

Aysun / Demedia.az