"Qalatasaray"ın matçında penalti niyə təkrar edildi?
Trendyol Super Liqasının 33-cü həftəsində "Qalatasaray" və "Siltaş Yapı Pendikspor" komandaları üz-üzə gəlib.
Demedia.az xəbər verir ki, qarşılaşmada sarı-qırmızılılar 4-1 hesabı ilə qalib gəlib.
Oyunun 90+2 dəqiqəsində Kerem Aktürkoğlu cərimə meydançasında yıxılıb və penalti qərarı verilib. İlk penalti zərbəsini qapıçı qaytarıb. Bunun ardınca hakim Tonusluoğlu cərimə meydançasına erkən daxil olan “Pendikspor”un futbolçularını müəyyənləşdirib və penaltini təkrarlamaq qərarına gəlib.
Təkrar penaltidə Kərəm Aktürkoğlu topu tora göndərməyi bacarıb. Qarşılaşmanın son hissəsində başqa qol olmayıb və sarı-qırmızılılar 4:1 hesablı qələbə qazanıb.
Aysun / Demedia.az