Ərdoğanın kritik səfəri öncəsi İraqdan açıqlama: Münasibətlərdə...
İraq hökumətinin sözçüsü Bəsim əl-Avvadi, prezident Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri ilə iki ölkə arasında "keyfiyyətli sıçrayış" olacağını söyləyib. İki ölkə əlaqələrini və səfərdən gözləntilərini qiymətləndirib.
Demedia.az xəbər verir ki, Prezident Ərdoğanın İraqa səfəri üçün hazırlıqların təxminən bir il əvvəl başladığını bildirən Əvvadi, "Prezident Ərdoğanın bu səfəri ilə İraq-Türkiyə əlaqələrində əhəmiyyətli və keyfiyyətcə sıçrayış olacaq" deyib.
Əvvadi, Ərdoğanın Bağdad təmasları zamanı müzakirə ediləcək "Su məsələsi, İnkişaf Yolu Layihəsi, terror təşkilatı PKK-nın İraqda olması və türk şirkətlərinin İraqdakı sərmayələri" mövzularında ortaq komissiyaların işlərinin müzakirə ediləcəyini bildirib.
Aysun / Demedia.az