Ərdoğan 12 ildən sonra İraqa gedir!



 14:00 22.04.2024     150

Prezident Ərdoğan 12 ildən sonra bu gün İraqa gedir.

Ərdoğan bir günlük səfəri çərçivəsində Bağdadda İraq mərkəzi hökuməti və Ərbildə Regional Kürd Rəhbərliyi ilə görüşəcək. Ərdoğan Bağdadda İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşəcək və işgüzar görüş keçirəcək. Görüşdən sonra ikitərəfli sazişlər imzalanacaq. Ərdoğan İraq prezidenti Əbdüllətif Rəşidlə də görüşəcək.