Bonucci futbolu tərk edir?



 15:00 22.04.2024     154

"Fənərbaxça" 3:2 hesabı ilə uduzduğu matçın revanş oyununda rəqibini 1:0 hesabı ilə məğlub etsə də, penaltilər seriyasında "Olimpiakos"la mübarizədən kənarlaşdırılıb və 1/4 finalda UEFA Konfrans Liqası ilə vidalaşıb.

Demedia.az xəbər verir ki, qaçırdığı penalti səbəbiylə ən böyük tənqid hədəfi olan Leonardo Bonucci İtalyan iddiasında gündəm olub. 

 İtalyan futbolçunun "Fənərbaxça" azarkeşlərinin sərt reaksiyalarından sonra psixoloji cəhətdən çökdüyü bildirilib. Xəbərdə sarı-göylü ulduz futbolçunun bu reaksiyalardan sonra komandadan ayrılmağa qərar verə biləcəyi iddia edilmişdi. Təcrübəli müdafiəçi komandasına 1 qol və 1 məhsuldar ötürmə verib.

Aysun / Demedia.az