Ailəsinə qəzəbləndi və elə ev tikdi ki... - İNANILMAZ HADİSƏ
Gənclikdə ailə ilə münaqişələr olduqca normaldır, bir çox insanın başına gəlir.
Demedia.az xəbər verir ki, bu müzakirələr bəzən bir neçə günlük fikir ayrılığı ilə başa çatır. Lakin 14 yaşlı Andres Canto kəndə gedərkən idman kostyumu geyinməyə icazə verməyən valideynlərinə qəzəblənərək hadisəni tamamilə yeni səviyyəyə qaldırıb. Evdə qalıb babasının çubuqunu götürən gənc böyük qəzəblə evlərinin bağçasını qazmağa başlayıb. Qazdıqca daha rahatlaşdığını anlayan Canto 8 il ərzində kiçik bir çuxuru yaşana bilən yeraltı mağaraya çevirdi. Dərinliklərə enən pillələr qonaq otağı və yataq otağından ibarət bir quruluşa çatdı. İndi 22 yaşı olan Cantonun sığınacağı görənləri heyrətə gətirir. Aktyor olan və universitetdə oxuyan Andres verdiyi açıqlamada deyib: "Son iki ildə yerin səviyyəsini yarım metr aşağı salaraq əsas otağı genişləndirdim. Mən də yeni tunel qazmağa başladım. Son vaxtlar çox vaxt tapa bilmirəm. Amma həftə sonları davam edirəm. Hələ də layihəm var".
Canto, mübahisənin onu qazmağa başlamağa sövq etdiyini, lakin o, uzun müddətdir ki, belə bir layihəyə başlamağı düşündüyünü bildirib: "Mən məhəllədə darıxırdım və tənha idim, aktiv bir iş görmək istəyirdim. İlk planım dibsiz bir çuxur qazmaq idi. İlk üç ildə sadəcə olaraq nə qədər dərin bir çuxur qaza biləcəyimi görmək istəyirdim. Amma illər keçdikcə , bu dəliyi yaşana bilən bir məkana çevirə biləcəyimi anlamağa başladım".
Aysun / Demedia.az