Velosiped sürməyi öyrənən uşaq görün nə etdi - VİDEO



 23:48 22.04.2024     859

Türkiyədə Esenyurtda yenicə velosiped sürməyi öyrənən uşaq əyləc basa bilməyib və enişdə dayana bilməyib telefon satıcısının pəncərəsinə çırpılıb.

Demedia.az xəbər verir ki, qəza təhlükəsizlik kamerasına belə əks olunub.

Hadisə dünən saat 16:00 radələrində İncirtəpə məhəlləsində baş verib. Əldə edilən məlumata görə, velosiped sürməyi yeni öyrənən uşaq dostları ilə oynayarkən qəfildən aşağı enməyə başlayıb. Velosipedi ilə sürəti artıran gənc küçənin sonundakı telefon satıcısının pəncərəsinə çırpılaraq dayanıb. Hadisədən sonra ətrafdakı vətəndaşlar dərhal uşağın yanına qaçıblar. Xəbərdarlıq edən təcili yardım qrupları hadisə yerinə gələrək ilkin tibbi yardım göstərib. Müayinə üçün xəstəxanaya aparılan uşağın pəncərəyə dəydiyi an təhlükəsizlik kamerasına saniyə-saniyə düşüb.

Aysun / Demedia.az