"ABŞ-ın dondurulmuş Rusiya aktivlərini Ukraynanın xeyrinə istifadə etmək qərarının qanunsuzdur"



 19:08 22.04.2024     289

Kremlin sözçüsü Dmitri Peskov, ABŞ-ın dondurulmuş Rusiya aktivlərini Ukraynanın xeyrinə istifadə etmək qərarının "mənfi, təhlükəli və qanunsuz" olduğunu ifadə edib.

Demedia.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, bu, iqtisadi sistemin bütün əsaslarının məhv edilməsindən başqa bir şey deyil.

Polşa prezidenti Anjey Dudanın “ABŞ-ın nüvə silahlarını ölkəsində yerləşdirməyə hazırdırlar” açıqlaması ilə bağlı sualı cavablandıran Peskov, “Bu plan reallaşarsa, rus əsgərləri vəziyyəti təhlil edəcək və təhlükəsizliyimizi təmin etmək üçün lazımi addımları atacaqlar” deyə bildirib. Ermənistanın Rusiya hərbi bazasının öz ərazisindən çıxarılmasını tələb etməsi ehtimalını da dəyərləndirən Peskov bu məsələ ilə bağlı Ermənistandan heç bir mesaj olmadığını bildirib.

Bahadur Seyidov