İsrailin əsas müxalifət lideri Yair Lapid Netanyahunu istefa verməyə çağırıb



 19:20 22.04.2024     265

İsrailin əsas müxalifət lideri Yair Lapid Baş nazir Benyamin Netanyahunu istefa verməyə çağırıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, HƏMAS-ın İsrailə hücumlarına səbəb olan uğursuzluğa görə istefa verən Hərbi Kəşfiyyatın rəisi general-mayor Aharon Haliva kimi, Baş nazir Benyamin Netanyahu da məsuliyyəti öz üzərinə götürməli və istefa verməlidir. Lapid Halivanın istefasının şərəfli olduğunu və haqlı səbəblərə əsaslandığını vurğulayaraq, Netanyahunun da eyni şəkildə hərəkət etməsini istəyib.

Qeyd edək ki, İsrail ordusunun açıqlamasına görə, general-mayor Haliva istefa məktubunu Baş Qərargah rəisi Herzi Haleviyə təqdim edib.

Bahadur Seyidov