TikTok ABŞ-a xəbərdarlıq
TikTok xəbərdarlıq edib ki, ABŞ-ın sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq.
Demedia.az xəbər verir ki, BBC-də yayımlanan xəbərə görə, TikTok sözçüsü ABŞ Nümayəndələr Palatasında platformanı qadağan edən qanun layihəsini qəbul etməsini pisləyib. Sözçü ABŞ-ın TikTok-a qadağa qoyma cəhdinin 170 milyon amerikalının ifadə azadlığı hüququnu pozduğu barədə xəbərdarlıq etsə də, ABŞ iqtisadiyyatına ildə 24 milyard dollar töhfə verən platformanın bağlanmasının 7 milyon biznesə zərər vuracağını irəli sürüb.
ABŞ Nümayəndələr Palatası TikTok-un ölkədə qadağan edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib və Senata göndərib. ABŞ Prezidenti Co Bayden qanunu Senatın təsdiq edəcəyi təqdirdə imzalayacağını və qüvvəyə minəcəyini açıqlayıb.
Bahadur Seyidov