ABŞ-ın İsrail batalyonuna sanksiya tətbiq edəcəyi xəbəri etiraza səbəb oldu



 09:05 23.04.2024     277

ABŞ-ın işğal altındakı İordan çayının qərb sahilində insan haqları pozuntularına görə İsrail ordusunun “Netzah Yehuda” batalyonuna sanksiya tətbiq edəcəyi xəbəri İsrail rəsmilərinin hiddətinə səbəb olub.

Demedia.az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu xəbərə sərt reaksiya verib. Ben-Qvir X sosial media platformasındakı paylaşımında “Əsgərlərimizə qarşı sanksiyalar qırmızı xəttdir” deyə bildirib. Müdafiə naziri Yaov Qalantın “Netzah Yehuda” batalyonuna dəstək verməli olduğunu deyən Ben-Qvir, əks halda batalyonu “böyük qəhrəmanlar” kimi tabeliyində olan sərhəd polisinə daxil edəcəyini bildirib.

Bahadur Seyidov