İngilis alpinistin həyat yoldaşına yazdığı məktublar 100 il sonra ictimaiyyətlə paylaşılıb



 09:47 23.04.2024     277

İngilis alpinist Corc Mallorinin 1924-cü ildə Everest dağına qalxmaq cəhdi zamanı həyat yoldaşına yazdığı məktublar 100 il sonra ictimaiyyətlə paylaşılıb.

Demedia.az xəbər verir ki, Mallori alpinist həmkarı Sandy Irvine ilə Everestin zirvəsinə qalxmağa çalışarkən itib. Mallorinin cəsədi 1999-cu ildə tapılıb. Mallorinin həyat yoldaşı Rut Malloriyə Everest dağına qalxarkən yazdığı məktublar 100 il sonra onun məzun olduğu “Cambridge Magdalene College” tərəfindən ictimaiyyətlə paylaşılıb. Kollecdən verilən açıqlamada Mallorinin son üç məktubunun arxivdə tapıldığı və bu məktubların 1999-cu ildə cansız bədəni tapıldıqdan sonra pencəyinin cibindən götürüldüyü bildirilib.

Bahadur Seyidov